10:41 16-06-2018
news_image
566
TOP OYUNLARI

Bolqarıstan çempion oldu, Azərbaycan 5-ci

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Bolqarıstan yığması qazanıb.

Belə ki, “Dördlər finalı”na Macarıstanda keçirilib. Ev sahibli yarımfinalda Çexiya, Bolqarıstan Finlandiya üzərində 3:0 hesablı qələbə qazanıb. Nəticədə finalda Macarıstanla Bolqarıstan üz-üzə gəlib. Qrup mərhələsində Azərbaycan millisini set fərqində qabaqlayıb çıxışını davam etdirən balkanlar bu qarşılaşmada da güclü tərəf olub – 3:0.

Üçüncü yer uğrunda isə Çexiya Finlandiyanı 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, yekun nəticəyə əsasən Bolqarıstan birinci, Portuqaliya sonuncu olub.   

Qızıl Avropa Liqası

1. Bolqarıstan

2. Macarıstan

3. Çexiya

4. Finlandiya

5. Azərbaycan

6. Belarus

7. Xorvatiya

8. Ukrayna

9. Slovakiya

10. İspaniya

11. Fransa

12. Portuqaliya