20:40 16-06-2018
news_image
497
TOP OYUNLARI

Yekaterina Jidkova "Alba"da

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yekaterina Jidkovanın yeni klubu müəyyənləşib. Apasport.az Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, voleybolçumuz karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.

 

28 yaşlı hücumçu Çempionlar Liqasının finalçısı "Alba"ya transfer olunub. Jidkova 2018/19 mövsümündə Rumıniya çempionatında oynayacaq.

 

Qeyd edək ki, Jidkova bunadək "Lokomotiv", "Azəryol" və "Azərreyl"də oynayıb.