17:08 21-06-2018
news_image
652
TOP OYUNLARI

“Messi tənqidlərə görə ağlayır”

Argentina millisinin hücumçusu Lionel Messinin anası Seliya Kuççittini “El Trece”yə müsahibə verib. Apasport.az saytının məlumatına görə, Kuççittini Messinin, ünvanına səslənən tənqidlərə görə əziyyət çəkdiyini, hətta ağladığını qeyd edib.

 

“Onun turnirdən gözləntiləri böyükdü. Leonun xəyalı dünya çempionatını qazanmaqdı. Ailəmiz onu dəstəkləyir. Messi, həmçinin komanda yoldaşları çempion olmaq, ölkəmizə titul qazandırmaq istəyirlər. Tənqidlərə görə çox əziyyət çəkirik. Messinin, üzərinə düşən məsuliyyəti dərk etmədiyini deyirlər. Bu, doğru deyil. Kaş onlar da Leoya bizim nəzər nöqtəmizdən baxa bilərdilər. O, həqiqətən də əziyyət çəkir, hətta ağlayır. Tənqidlər həm onu, həm də bizi incidir” – deyə, o bildirib.

 

Seliya Kuççittini oğlunun Argentina millisinin heyətində dünya çempionatı olmaq üçün hər şeyini qurban verməyə hazır olduğunu sözlərinə əlavə edib: “Ona uğurlar arzu edim, öz qayğısına qalmağını tapşırdım. Dedim ki, bir zamanlar “Qrandoli”də oyunundan necə həzz alırdınsa, indi də eynisini et. Dörd övladım var, hamısını sevirəm. Leo mənim üçün çox əzizdi. Həm yaxşı həyat yoldaşıdı, həm də yaxşı ata. And içirəm ki, o, çox yaxşı insandı. Bəlkə də, mənim bunları deməyim düzgün deyil. Ancaq hamısı həqiqətdi. Onun o qədər böyük ürəyi var ki, dünya çempionatı olmaq üçün hər şeyini verər”.

 

Qeyd edək ki, Argentina millisi dünya çempionatındakı ilk matçında İslandiya ilə 1:1 hesablı bərabərliyə razı olmuşdu. Lionel Messi sözügedən oyunda penalti zərbəsini dəqiq yerinə yetirə bilməmişdi.