11:35 22-06-2018
news_image
601
TOP OYUNLARI

Legionerlər və ya dəyişməyən heyət

Sabah Andorrada 3X3 basketbol üzrə Avropa çempionatin seçmə mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək qadın komandaları üzrə yarışda Azərbaycan millisi də iştirak edəcək.

 

Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mollenhauer və Mersedes Uolkerdən ibarət yığmamız A qrupunda Andorra, İspaniya, İtaliya və Yunanıstanla üz-üzə gələcək. B qrupunda Macarıstan, Estoniya, Latviya və Serbiya komandaları öz gücünü sınayacaq.

 

Qrupların qalibi birbaşa final mərhələyə vəsiqə qazanacaqlar. Qruplarda ikinci, üçüncü yeri tutacaq millilər daha iki vəsiqə uğrunda yarımfinalda oynayacaqlar.

 

Əsasən legionerlərdən təşkil olunan təmsilçimiz iyunun 23-də İspaniya və Yunanıstanla, ertəsi gün Andorra və İtaliya ilə qarşılaşacaqlar.

 

İyunun 30-da isə kişi basketbolçulardan ibarət millimiz mübarizəyə qoşulacaq. Bu yığmamızda da ciddi dəyişiklik yoxdu. Qarşısına gəncləşmə siyasəti qoyan baş məşqçi Samit Nuruzadə yenə əvvəlki “dordlük” - Amil Həmzəyev, Zaur Paşayev, Anar Hacıyev və Marşall Mozesə güvənəcək.

 

B qrupunda yer alan yığmamız İspaniya və İtaliya basketbolçuları yarışacaq. A qrupunda Serbiya, Gürcüstan və Litva, C qrupunda  Rumıniya, Bosniya və Herseqovina və İsveç, D qrupunda Almaniya, Xorvatiya və İrlandiya mübarizə aparacaq.

Avropa çempionatının seçmə mərhələsinin 1/4 finalları iyulun 1-də keçiriləcək. Qaliblər final mərhələsinə vəsiqə qazanacaqlar. Rumıniya yarımfinala çıxacağı halda, V yeri tutacaq komanda da mübarizəni dayandırmayacaq. Çünki rumınlar Avropa çempionatının ev sahibi kimi final mərhələdə artıq öz yerlərini təmin ediblər.