12:58 23-06-2018
news_image
436
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Parisdə 9-cu oldu

Şahmat üzrə “Grand Chess Tour” seriyası davam edir. Apasport.az saytının məlumatına görə, Fransanın paytaxtı Parisdə keçirilən turnirdə rapid növü üzrə son üç turun oyunları keçirilib.

 

Aleksandr Qrişuku məğlub edən Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla bacarmayıb. Azərbaycanlı qrossmeyster Hikaru Nakamura ilə isə heç-heçə edib. Beləliklə, ümumilikdə 7 xal toplayan Şəhriyar Məmmədyarov rapid üzrə 9-cu olub.

 

Qeyd edək ki, 23-24 iyun tarixlərində “Grand Chess Tour”da blits görüşləri keçiriləcək.