09:51 25-06-2018
news_image
604
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov 8-ci olub, 15 min dollar qazandı

Şahmat üzrə “Grand Chess Tour” seriyasında daha 1 mərhələ başa çatıb. Apasport.az saytının məlumatına görə, Fransanın paytaxtı Parisdə keçirilən mərhələ azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov üçün uğursuz alınıb.

 

Belə ki, rapid növündə 9-cu olan həmyerlimiz blitsdə 8-ci olub. O, 17 oyunda 8,5 xal toplayıb. Nəticədə Məmmədyarov 2 yarışın nəticəsinə əsasən 15,5 xalla Paris mərhələsini 8-ci yerdə bitirib. Bu, həmyerlimizə 15 min dollar qazandırıb. İlk pilləni isə Hikaru Nakamura tutub. 23 xala malik amerikalı 37,500 dollar da irəli düşüb.

 

10 ən güclü şahmatçının iştirakı ilə keçirilən “Grand Chess Tour”un III mərhələsi avqustun 9-16-da Sent-Luisdə (ABŞ) olacaq.