15:10 26-06-2018
news_image
426
TOP OYUNLARI

Rəqibimiz Millətlər Liqasında mübarizəyə başlayır

Sabah qadın voleybolçular arasında Millətlər Liqasının final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, “Altılar finalı”na Çin ev sahibliyi edəcək.

 

Həlledici mərhələdə Çin, Braziliya və Hollandiya A, ABŞ, Serbiya və Türkiyə B qrupunda mübarizə aparacaq. Qruplarda ilk 2 yeri tutacaq komandalar mübarizəni yarımfinalda davam etdirəcəklər.

 

Turnirin qalibinin adı iyulun 1-də bilinəcək.

 

Qeyd edək ki, ABŞ dünya çempionatında Azərbaycan yığmasının rəqibidi.