16:55 28-06-2018
news_image
310
DİGƏR NÖVLƏR

Cıdır yarışı keçiriləcək

İyunun 30-da Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirəcək. Apasport.az saytının məlumatına görə, 4 qaçışdan ibarət cıdırda 2 yaş ingilis atları 1000 m, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 2400 m məsafədə handikap sistemi üzrə güclərini sınayacaq.

 

3 yaş və yuxarı ingilis atları isə 2000 m məsafədə məharətlərini göstərəcəklər.