15:23 29-06-2018
news_image
385
TOP OYUNLARI

"Uimbldon": Federer, Nadal və Serenanın rəqibləri müəyyənləşdi

Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” turniri “Uimbldon”un startına üç gün qalır. Apasport.az saytının məlumatına görə, artıq püşkatma mərasimi baş tutub.

 

Kişilərdə turnirin son çempionu Rocer Federer ilk turda Duşan Layoviçlə qarşılaşıb. Dünya bir nömrəsi Rafael Nadalın ilk rəqibi Dudi Sela olacaq. Novak Cokoviç isə Tennis Sandqrenlə münasibətlərinə aydınlıq gətirəcək.

 

Qadınlarda birinci turda WTA reytinqinin lideri Simona Halep Kurumi Nara, “Australian Open”in qalibi Karolin Voznyaçki Varvara Lepçenko, Serena Uilyams isə Aranta Rus ilə qarşılaşacaq.

 

Qeyd edək ki, “Uimbldon” turniri 2-15 iyul tarixlərində keçiriləcək.