16:22 29-06-2018
news_image
587
TOP OYUNLARI

Çempionlar Liqasının püşkü atıldı

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2018/2019 mövsümün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının təmsil olunmadığı yarışda yığmamızın hücumçusu Yekaterina Jidkova mübarizə aparacaq.

 

Belə ki, voleybolçumuzun yeni transfer olunduğu Rumıniya “Alba”sı yarışa II təsnifat mərhələsindən başlayacaq. Blaj klubu Çexiya “Olomouts”u ilə üz-üzə gələcək. Jidkovanın komandası mərhələ adlayacağı halda, “UVC Holding” (Avstriya)/“Sliedrext” (Hollandiya) – “Ştutqart” (Almaniya) duelinin qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, I və II təsnifat mərhələləri oktyabrda, III təsnifat mərhələsi noyabrda oynanılacaq.