23:58 30-06-2018
news_image
11407
DÇ-2018

DÇ-2018: Messi və Ronaldo mundialla vidalaşdı, Uruqvayla Fransa 1/4 finalda - YENİLƏNİB

DÇ-2018-də 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki cütlük meydana çıxıb.

 

Dünya çempionatı başlamamışdan əvvəl turnirin əsas favoritlərindən hesab olunan iki komanda ilk 1/8 final mübarizəsində üz-üzə gəlib. C qrupunda Danimarka, Peru və Avstraliya ilə mübarizəni lider tamamlayan Fransa D qrupunun ikincisi Argentina ilə qarşılaşıb. Müasir dünya futbolunun ən güclü oyunçularını qarşı-qarşıya gətirən matç bol qollu alınıb. Nəticədə rəqibi üzərində 4:3 hesablı qələbə qazanan Fransa yoluna davam edib.

 

Günün ikinci matçında isə Uruqvayla Portuqaliya münasibətlərinə aydınlıq gətiriblər. Qrupu qol buraxmadan və naməğlub lider kimi bitirən ilk dünya çempionu Uruqvay bu uğurunu pley-offda da davam etdirib. Cənubi Amerika təmsilçisi 1 qol buraxmasına baxmayaraq, qələbə qazanmağı bacarıb.

 

Bununla da Lionel Messi və Kriştianu Ronaldo eyni gündə mundialla vidalaşıb. Uruqvay və Fransa isə 1/4 finalda bir-birinə rəqib olacaq.

 

DÇ-2018

1/8 final

30 iyun

 

Uruqvay – Portuqaliya - 2:1

Qollar: Edinson Kavani, 7, 62 - Pepe, 55

Sarı vərəqə: Kriştianu Ronaldo, 90+3

Baş hakim: Sezar Arturo Ramos (Meksika)

Soçi, “Fişt Stadionu”

Uruqvay: 1. Fernando Muslera, 2. Xose Mariya Ximenes, 3. Dieqo Qodin (k.), 6. Rodriqo Bentankur (7. Kristian Rodriges, 63), 8. Naytan Nandes (5. Karlos Sançes, 81), 9. Luis Suares, 14. Lukas Torreyra, 15. Matias Vesino, 17. Dieqo Laksalt, 21. Edinson Kavani (11. Kristian Stuani, 74), 22. Martin Kaseres

Ehtiyat oyunçular: 12. Martin Kampanya, 23. Martin Silva, 4. Gilyermo Varela, 10. Corcian de Arraskaeta, 13. Qaston Silva, 16. Maksimilyano Perreyra, 18. Maksimiliano Qomes, 19. Sebastyan Koates, 20. Conatan Urretabiskayya

Baş məşqçi: Oskar Tabares

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 5. Rafael Gerrero, 6. Joze Fonte, 7. Kriştianu Ronaldo (k), 10. Joao Mario (4. Manuel Fernandes, 84), 11. Bernardo Silva, 14. Villiam, 15. Rikardo, 17. Qonzalo Quedes (9. Andre Silva, 74), 23. Adrien Silva (20. Rikardo Kuarejma, 65)

Ehtiyat oyunçular: 12. Antoni Lopez, 22. Beto, 2. Bruno Alves, 8. Joao Moutinyo, 13. Ruben Dias, 16. Bruno Fernandes, 18. Gelson Martins, 19. Mario Rui, 21. Sedrik

Baş məşqçi: Fernando Santos

 

Fransa – Argentina - 4:3

Qollar: Antuan Qrizmann, 13 (pen.); Benjamin Pavar, 57; Kilian Mbappe, 64, 68 - Anxel Di Mariya, 41; Qabriel Merkado, 48; Serxio Aquero, 90+3

Sarı vərəqələr: Blez Matuidi, 72; Benjamin Pavar, 73; Olivye Jiru, 90+3 - Markos Roxo, 11; Nikolas Talyafiko, 19; Xavyer Maskerano, 43; Ever Baneqa, 50; Nikolas Otamendi, 90+3

Baş hakim: Alirza Fagani (İran)

Kazan, “Kazan Arena”

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann (18. Nabil Fekir, 83), 9. Olivye Jiru, 10. Kilian Mbappe (20. Florian Toven, 89), 13. Nqolo Kante, 14. Blez Matuidi (12. Korentin Tolisso, 75), 21. Lyuk Ernandes

Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfons Areola, 3. Prenel Kimpembe, 8. Toma Lemar, 11. Usman Dembele, 15. Stiven Nzonzi, 17. Adil Rami, 19. Cibril Sidibe, 22. Benjamin Mendi

Baş məşqçi: Didye Deşam

Argentina: 12. Franko Armani, 2. Qabriel Merkado, 3. Nikolas Talyafiko, 10. Lionel Messi (k), 14. Xavyer Maskerano, 15. Enzo Perez (19. Serxio Aquero, 66), 17. Nikolas Otamendi, 7. Ever Baneqa, 11. Anxel Di Mariya, 22. Kristian Pavon (13. Maksimiliano Meza, 75), 16. Markos Roxo (6. Federiko Fazio, 46)

Ehtiyat oyunçular: 1. Nahuel Quzman, 23. Villi Kabalyero, 4. Kristian Ansaldi, 5. Lukas Bilya, 9. Qonzalo İquayn, 20. Covanni Lo Selso, 21. Paulo Dibala, 8. Markos Akunya, 18. Eduardo Salvio

Baş məşqçi: Xorxe Sampaoli