17:30 01-07-2018
news_image
761
TOP OYUNLARI

Millətlər Liqasında qalib bəlli oldu: Türkiyə finalda uduzdu

Qadın voleybolçular arasında Millətlər Liqasının Çində keçirilən final mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün turnirin final və üçüncü yer uğrunda oyunları baş tutub.

 

İlk matç Braziliya ilə Çin arasında oynanılıb. Hər üç set üstün olan meydan sahibləri 3:0 hesablı qələbə qazanmağa müvəffəq olublar. Bununla da turnirin bürünc medalını çinlilər qazanıb.

 

Finalda isə Azərbaycan yığmasının DÇ-2018-dəki rəqibi ABŞ Türkiyə ilə üz-üzə gəlib. Azarkeşlər bu dəfə maraqlı oyuna tamaşa ediblər. Tay-brekə qədər davam edən oyunda amerikalılar 3:2 hesablı qələbəyə seviniblər.

 

Millətlər Liqası

1 iyul

 

3-cü yer uğrunda oyun

Braziliya – Çin – 0:3 (18:25, 22:25, 22:25)

 

Final

Türkiyə – ABŞ – 2:3 (25:17, 22:25, 28:26, 15:25, 7:15)