01:42 02-07-2018
news_image
586
TOP OYUNLARI

Cavid Hüseynov döndü

“Qəbələ” Sloveniyadakı təlim-məşq toplanışının 12-ci gününü bir məşqlə yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında gerçəkləşən məşq prosesi fiziki və toplu çalışmalardan ibarət olub.

 

Ardınca futbolçular ikitərəfli oyun keçirib.

 

Zədəyə görə komandaya iyunun 27-dən qoşulan Cavid Hüseynov bərpa xarakterli məşqləri davam etdirib. Yarımmüdafiəçi topsuz, fərdi fiziki çalışmaları yerinə yetirib.