17:55 03-07-2018
news_image
614
TOP OYUNLARI

Azərbaycan millisində 20 futbolçu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, yığmamız iyulun 9-dan 16-dək hazırlıq keçəcək.

 

Toplanış Bakıda baş tutacaq. Hazırlıq prosesinə 20 oyunçu çağırılıb: Nərgiz Əliyeva, Nigar Mirzəliyeva (hər ikisi “Baku City”), Birgül Çelik (“Çərkəzköy 1923 Spor”, Türkiyə), Alina Nahmədova, Leyla Ağayeva (hər ikisi “Fidan”), Aytac Feyzullayeva (“Gənclik”, Şəki), Ləman    Mustafazadə (“İmişli”), Melis Ersoy (“Karabük Gənclikspor” (Türkiyə), Milana Rəhimova, Gülçin Məmmədova, Nəzrin Məmiyeva, Pərvin Səfərəliyeva (hamısı “Keşlə”), Neslihan Bozkaya (“Kəmər”, Türkiyə), Seval  Cakan (“SG Essen-Şonebek”, Almaniya), İlahə Əkbərova, Nigar Əhmədova, Ramilə Bayramova, Lamiyə Əlizadə, Ləman Əmirli (hamısı “Təhsil”), Aysun Muradova (“Zaqatala”).