09:44 10-06-2008
news_image
424
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Avropa çempionatında ardıcıl beşinci qələbəsini qazanıb

Bakı. Kənan Həsənov - APA-Sport. Gürcüstanın Batumi şəhərində təşkil olunan 8 yaşadək oğlan və qız şahmatçılar arasında Avropa çempionatında V turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, oğlanların yarışında hesabında 4 xal olan Şəmşəd Axundov liderlər qrupundakı mövqeyini qoruyub. Çingiz Məhərrəmli 3,5, Abdulla Qədimli 3 xal toplayıb. Qızların birinciliyində ardıcıl beşinci qələbəsini qazanan Günay Məmmədzadə liderliyini daha da möhkəmləndirib. Həmyerlimiz ən yaxın izləyicisini 1 xal qabaqlayır. Digər təmsilçimiz Xanım Balacayevanın isə hesabında 3,5 xal var. İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarış iyunun 14-də başa çatacaq.