11:17 10-06-2008
news_image
394
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı Xorvatiyada keçiriləcək turnirə qatılmaqdan imtina edib

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan iyunun 21-də Xorvatiyanın Pula şəhərində start götürəcək beynəlxalq şahmat turnirində təmsil olunmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb həmyerlimiz Asif Həsənovun yarışa qatılmaqdan imtina etməsidir. A.Həsənov öncə iştirakını təsdiqləsə də, son anda 22-ci dəfə təşkil olunacaq turnirə qatılmamağı məqsədəuyğun sayıb. İyunun 28-dək davam edəcək yarışda 18 ölkədən 214 şahmatçı mübarizə aparacaq.