11:34 10-06-2008
news_image
519
DİGƏR NÖVLƏR

Azərbaycan boksçuları bu gün İstanbulda Əhməd Comərtin xatirə turnirində mübarizəyə başlayacaqlar

Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Türkiyənin İstanbul şəhərində Əhməd Comərtin xatirəsinə həsr olunan beynəlxalq boks turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 23-cü dəfə təşkil olunan yarışda ölkəmizi 4 boksçu təmsil edəcək. Bu nüfuzlu turnirin mükafatları uğrunda gənclərdən ibarət milli komandamızın üzvləri, İlkin Ağayev (54 kq), Famil Süleymanov (60 kq), Sadiq Eynullayev (64 kq) və Hafiz Süleymanov (81 kq) mübarizə aparacaqlar. İyunun 14-də başa çatacaq yarışda 28 ölkədən 274 boksçunun iştirak edəcəyi dəqiqləşib.