21:44 13-07-2018
news_image
330
DİGƏR NÖVLƏR

Azərbaycanlı hakimlər Olimpiadada

Oktyabrda Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarında azərbaycanlı hakimlər də iştirak edəcək. Apasport.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, referilərimiz Olimpiadada gimnastların çıxışlarını dəyərləndirəcək.

 

Belə ki, milli komandalarımızın hakimləri - bədii gimnastika üzrə Nigar Abdusəlimova, kişi idman gimnastikası üzrə Rza Əliyev və batut gimnastikası üzrə isə Kamil Quliyev bu Oyunlarda hakimlik etmək üçün dəvət alıblar.

 

Qeyd edək ki, Yeniyetmələrin Olimpiya Oyunlarında həm bədii gimnastika, həm də kişi idman gimnastikası üzrə yığma komandalarımız maksimum sayla – 1 gimnastla təmsil olunacaqlar. Yarış 6-18 oktyabr tarixlərində baş tutacaq.