22:17 14-07-2018
news_image

Avropa kubokunda 3 medal

Almaniyanın Saarbrükken şəhərində cüdo üzrə Avropa kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışa 10 idmançı ilə qatılan Azərbaycan yığmasının 5 üzvü yarışın ilk günündə tatami üzərinə çıxıb.

 

Onlardan üçü yarışı fəxri kürsüdə başa vura bilib. Vüqar Şirinli və Kəramət Hüseynov 60 kq çəki dərəcəsində 3-cü yeri tutub. Telman Vəliyev isə 73 kq çəkidə bürünc medala yiyələnib.

 

Digər iki idmançımızdan Nicat Şıxəlizadə (73 kq) 5-ci, Mehman Sadıqov (60 kq) 9-cu olub.