01:15 15-07-2018
news_image
464
DİGƏR NÖVLƏR

"Uimbldon": Serena Uilyams yenə 2 setdə uduzdu

Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” seriyalı turniri “Uimbldon”da qadınların yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada Serena Uilyams və Anjelika Kerber üz-üzə gəlib.

 

Almaniyalı tennisçi ciddi çətinlik çəkmədən iki setdə qalib gəlib. O, karyerasında ilk dəfə bu turnirin ən yaxşısı adınmı qazanıb.

 

 2002, 2003, 2009, 2010, 2012, 2015 və 2016-cı illərdə qazandığı titullarla “Uimbldon”un 7 qat qalibi olan Serena 2004 və 2008-ci illərdə olduğu kimi yenə 2 setdə uduzub. Kerber Vinus Uilyamsdan sonra ikinci tennisçi olub ki, Serenanı 2 dəfə “Böyük Dəbilqə” finalında məğlub edib. Anjelika Avstraliya açıq çempionatında da adlı-sanlı rəqibini yenmişdi.

 

Uimbldon

 

Qadınlar, final

 

Anjelika Kerber (Almaniya) – Serena Uilyams (ABŞ) – 2:0 (6:3, 6:3)