09:36 11-06-2008
news_image
440
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl altıncı qələbəsini qazanıb

Bakı. Kənan Həsənov - APA-Sport. Gürcüstanın Batumi şəhərində təşkil olunan 8 yaşadək oğlan və qız şahmatçılar arasında Avropa çempionatında VI turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, oğlanların yarışında Şəmşəd Axundov 4,5 xalla üçüncü pillədə qərarlaşıb. Hesabında 4 xal olan Çingiz Məhərrəmli və 3,5 xala malik Abdulla Qədimli də mükafatçılar sırasında yer almaq şanslarını saxlayırlar. Qızların birinciliyində ardıcıl altıncı qələbəsini qazanan Günay Məmmədzadə vahid liderdir. Ən yaxın izləyicisini 1 xal qabaqlayan həmyerlimiz bu gün digər şahmatçımız Xanım Balacayeva (4,5 xal) ilə qarşılaşacaq.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarış iyunun 14-də başa çatacaq.