11:58 16-07-2018
news_image
765
TOP OYUNLARI

“Çelsi” “Real” və “Barselona”ya “yox” deyəcək

 

“Çelsi”nin yarımmüdafiəçisi Eden Azar klubda qala bilər. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, belçikalı futbolçunu əldən vermək istəməyən “zadəganlar” “Real” və “Barselona”nın təkliflərini geri çevirməyə hazırdı. Azarın daha bir il komandada qalması gündəmdədi.

 

Bununla yanaşı, ispan nəhəngləri “Çelsi”nin 27 yaşlı futbolçuya görə tələb etdiyi yüksək məbləği ödəmək niyyətində deyillər.

 

Həmçinin “Çelsi”nin yaxın günlərdə Azara həftəlik 300 min funt qazanacağı yeni müqavilə təklif etməyə hazırlaşırlar. Bununla da o, Aleksis Sançesdən sonra İngiltərə Premyer Liqasının ikinci ən çox məvacib alan futbolçu olacaq.