15:05 17-07-2018
news_image
548
TOP OYUNLARI

NBA: Türk basketbolçu yenidən "Miluoki"də

NBA komandalarından “Miluoki Baks” 2005-ci il draftında 36-cı sıradan seçdiyi Ersan İlyasovanı yenidən heyətinə qatıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, türkiyəli basketbolçu ilə müqavilə imzalanıb.

 

Ersan 2015-16 mövsümündən öncə “Detroyt”a, ardınca isə “Orlando"ya treyd edilmişdi. Bir sonrakı il isə “Oklahoma Siti", “Filadelfiya” və “Atlanta” formaları geyən 31 yaşlı basketbolçunun son ünvanı "76ers" olmuşdu.

 

Keçən mövsüm 46-sı “Atlanta”, 23-ü isə “Filadelfiya”da olmaqla, ümumilikdə 69 matça çıxan Ersan İlyasova 10,9 xal və 5,9 ribaund ortalamaları ilə yadda qalmışdı.