10:30 18-07-2018
news_image
883
TOP OYUNLARI

“Zirə”yə qayıtmaqdan imtina etdi, türklərə təklif olundu

Ötən mövsümün sonunda istirahətə yollanan və daha sonra “Zirə”yə qayıtmayan müdafiəçi Jozef Bum karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Kamerun mətbuatı yayıb.

 

Bildirilir ki, vaxtilə “Mersin İdman Yurdu” və “Antalyaspor”un formasını geyinmiş 29 yaşlı mərkəz müdafiəçisi meneceri tərəfindən Türkiyə klublarına təklif olunub. Onun, xüsusən də, “Mersin İdman Yurdu”da parlaq çıxış etməsi qardaş ölkəyə dönmək ehtimalını artırır.

 

Lakin Bum hazırda müqavilə ilə “Zirə”yə məxsus olduğundan, onun hansısa komandaya azad agent kimi keçidi mümkün görünmür. “Zirə”nin düşərgəsinə dönməkdən imtina edən kamerunlu oyunçu başqa komandaya transfer olunmaq üçün Azərbaycan klubuna kompensasiya ödəməli olacaq.

 

Qeyd edək ki, Jozef Bumun “Zirə” ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.