11:17 18-07-2018
news_image
2277
TOP OYUNLARI

Klublarımız üçün tarixi gün sınağı

Sabah Azərbaycanın üç komandası Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz avrokuboklar tarixində 8 dəfə iyulun 19-da meydana çıxıb.

 

“Qəbələ”, “Neftçi” və “Keşlə”nin növbəti sınağına çıxacağı gün futbol tariximizə əlamətdar hadisə ilə yadda qalıb. 18 il öncə “Şəmkir” Çempionlar Liqasında mərhələ adlayan ilk komanda olub. Qərblilər həmin gün “Skonto”nu əlavə vaxtda 4:1 hesabı ilə yenib.

 

Klublarımız iyulun 19-da daha iki qələbə qazanıb. 2008-ci ildə “Neftçi” “Vaslui”ni 2:1, ötən il “Qarabağ” “Samtredia”nı 1:0 hesabı ilə yenib.

 

Bu tarixdə yalnız bir məğlubiyyətimiz var. 11 il öncə “Neftçi” Avstriyada “Rid”lə bacarmayıb – 1:3.

 

Ümumilikdə isə iyulun 19-dakı 8 matçdan dördü heç-heçə nəticələnib. 2007-ci ildə “MKT-Araz” “Qrotslin”lə, 2011-ci ildə “Neftçi” Zaqreb “Dinamo”su ilə qolsuz heç-heçə edib. 6 il öncə isə iki təmsilçimiz eyni gündə sülhə imza atıb. “İnter” “Asteras”la, “Xəzər Lənkəran” “Lex”lə görüşüb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.