11:31 18-07-2018
news_image
455
DÇ-2018

DÇ-2018: Panama başsız qaldı

DÇ-2018 daha bir məşqçi dəyişikliyinə səbəb olub. Apasport.az saytının məlumatına görə, Rusiyadakı mundial başa çatdıqdan bir neçə gün sonra Panama millisi də başsız qalıb.

 

Belə ki, kolumbiyalı mütəxəssis Ernan Dario Qomes postundan ayrılıb. 2014-cü ildən panamalıların baş məşqçisi olan çalışdırıcı yığmanı tarixində ilk dəfə mundiala çıxarıb. Amma onun yetirmələri Rusiyadakı yarışda uğursuz çıxış edib və hər üç görüşdə uduzub.

 

Qomesin yeni iş yeri də bəllidi. O, əvvəllər də rəhbərlik etdiyi Ekvador millisinin “sükanı arxası”na keçib. Kolumbiyalı bu yığmanı DÇ-2002-yə çıxaran mütəxəssisdi.

 

Qeyd edək ki, DÇ-2018-dən sonra bir neçə yığmada baş məşqçi ilə yollar ayrılıb. Bu komandalar arasında Avstraliya, Argentina, Polşa, İslandiya kimi millilər də var.