14:21 11-06-2008
news_image
451
STOLÜSTÜ OYUNLAR

Nicat Abbasov İtaliyada keçiriləcək şahmat festivalına qatılacaq

Bakı. Kənan Həsənov - APA-Sport. İyunun 13-də İtaliyanın Lodi şəhərində beynəlxalq şahmat festivalı başlayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, 4-cü dəfə təşkil olunacaq yarışın nüfuzlu A turnirində ölkəmizi Nicat Abbasov təmsil edəcək. Həmyerlimiz reytinqinə görə yarışın 19-cu şahmatçısıdır. 7000 avro mükafat fondu olan açıq birincilik 5 turdan ibarətdir. Qələbə uğrunda 63 şahmatçının mübarizə aparacağı dəqiqləşib.