21:55 21-07-2018
news_image
998
FUTBOL

“Qalatasaray” “Valensiya” ilə bacarmadı - VİDEO

Təlim-məşq toplanışında olan “Qalatasaray” bu gün yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, “cim-bom” “Valensiya” ilə matçda qüvvəsini sınayıb.

 

Oyun ispanların qələbəsi ilə nəticələnib. “Yarasalar”ın 2 qoluna “sarı-qırmızılılar” 70-ci dəqiqədə təsəlli topu ilə cavab verə biliblər.

 

Yoxlama görüşü

21 iyul

 

“Qalatasaray” (Türkiyə) - “Valensiya” (İspaniya) – 1:2

Qollar: Onyekuru, 70 – Vezo, 35; Latorre, 51