16:37 11-06-2008
news_image
530
STOLÜSTÜ OYUNLAR

Akif Vəlibəyov veteranlar arasında I Azərbaycan çempionatının qalibi olub

Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün veteran şahmatçılar arasında keçirilən I Azərbaycan çempionatına yekun vurulub. Bu haqda “APA-Sport” agentliyinə Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışov məlumat verib. Onun sözlərinə görə, federasiyanın mənzil-qərargahında təşkil edilən və 9 şahmatçının qatıldığı yarışın qalibi Akif Vəlibəyov (7,5 xal) olub. İkinci yeri 6 xalla Oleq Pavlenko tutub. 650 manat mükafat fondu olan çempionatın bürünc medalını Həsənağa Rzayev qazanıb.