10:36 23-07-2018
news_image
1031
TOP OYUNLARI

Karaman Şeydayevlə bağlı qərarını dəyişir

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxışı klubu “Trabzonspor”da müsbət qarşılanıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc forvardın komandada qalmaq şansı artıq yüksək qiymətləndirilir.


Sloveniya toplanışına sönük başlayan 22 yaşlı futbolçunun göndərilməsi gündəmdə idi. Lakin getdikcə özünü yaxşı tərəfdən göstərməsi və ikitərəfli oyunda 5 qol vurması baş məşqçi Ünal Karamanı fikrindən daşındırıb. 52 yaşlı mütəxissis indi yığmamızın üzvünün qalmasının tərəfdarıdı. O, Ramili gələn mövsüm əsas hücumçu Burak Yılmaza alternativ qismində görür.


Qeyd edək ki, Ramil Şeydayevin “Trabzonspor”la müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.