17:52 23-07-2018
news_image
300
TOP OYUNLARI

NBA: Leonard "Toronto"da qala bilər

Kavay Leonardın “Toronto Reptors”da qalacağı gündəmdədi. Apasport.az saytının “San Diego Union-Tribune”yə istinadən məlumatına görə, ulduz basketbolçu növbəti mövsümü Kanada klubunda keçirməkdə qərarlıdı.

 

Adı gizli saxlanılan mənbənin sözlərinə görə, Leonardın “Reptors”da qalacağı dəqiqdi: “O, Torontoya vurulub. Kavay heç yerə getməyəcək, sizi əmin edə bilərəm. Bu, dəqiqdi”.

 

Qeyd edək ki, Kavay Leonard və komanda yoldaşı Denni Qrin DeMar DeRozan, Cekob Pöltl və 2019-cu il draft birinci tur seçim haqqı qarşılığında “San Antonio”nu “Toronto”ya dəyişmişdilər.