10:54 24-07-2018
news_image
296
TOP OYUNLARI

NBA: Novitski "Dallas"da 21-ci mövsümünü keçirəcək

“Dallas” Dirk Novitski ilə müqavilə yenilədiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, növbəti mövsüm alman basketbolçu üçün “Maveriks”də 21-ci olacaq.

 

2018-19 mövsümünə qədər bir klubda 20 mövsüm keçirən Novitski və Kobe Brayant (“Leykers”) bu mənada liderliyi bölüşürdülər.

 

40 yaşlı basketbolçunun “Dallas”da bir illik müqavilə əsasında 5 milyon dollar qazanacağı bildirilir.