16:13 24-07-2018
news_image

Beynəlxalq turnirdən 2 medalla

Ukraynanın Odessa şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Apasport.az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən məlumatına görə, yarışda yığmamız da mübarizə aparıb.

 

Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirdə millimiz 2 gümüş medala yiyələnib. Boksçularımızdan Lorenzo Sotomayorla (69 kq) Kamran Şahsuvarlı (81 kq) ikinci yeri tutublar.

 

Qeyd edək ki, yarışda 15 ölkənin 135 idmançısı qüvvəsini sınayıb.