10:20 26-07-2018
news_image

Yığmamız Qran-priyə 14 cüdoçu ilə qatılacaq

Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

 

Yığmamız Qran-pridə Vüqar Şirinli, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kindzerska (+78 kq) ilə təmsil olunacaq.

 

Yarışa ümumilikdə 81 ölkənin 573 (367 kişi, 206 qadın) cüdoçu qatılacaq.