14:01 26-07-2018
news_image
527
TOP OYUNLARI

Yığmamız Bolqarıstanla qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisi Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, dünya çempionatına hazırlaşan balkanlılar ölkəmizə avqustda səfər edəcəklər.

 

Onlar paytaxtımızda hazırlıqla yanaşı, yığmamızla yoxlama matçları da keçirəcəklər. Azərbaycan və Bolqarıstan milliləri arasında oyunlar avqustun 17-də, 18-də və 19-da olacaq.

 

Qeyd edək ki, Bolqarıstan dünya çempionatında B, Azərbaycan C qrupunda yer alıb.