09:17 27-07-2018
news_image
506
TOP OYUNLARI

Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalov Avropa çempionatının seçmə mərhələsi üçün 18 oyunçu sifariş edib.

 

Son yarışlarla müqayisədə ciddi dəyişiklik yoxdu. Ruslan Əliyevlə Vüsal Rüstəmov yenidən düşərgəyə qoşulduğu halda, Yaroslav Rudix komandadan kənar qalıb.

 

Yığmamızın heyəti

Toppaylayıcılar: 2. Tural Həsənli, 13. Aleksey Çervyakov, 21. Vüsal Rüstəmov

Blokçular: 6. Elmin Alışanov, 10. Dmitri Obodnikov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov

Hücumçular: 1. Vüqar Bayramov, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 17. Andrey Vasilenko, 20. Ruslan Əliyev

Liberolar: 7. Emil Abdullayev, 11. Asif Əliyev, 19. Kənan Allahverdiyev

 

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsinin G qrupunda Yunanıstan, İsveç və Lüksemburqla oynayacaq.