11:12 27-07-2018
news_image
536
DİGƏR NÖVLƏR

Azərbaycan çempionatına bilet 5 manat olacaq

Bədii gimnastika üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin vaxtı dəqiqləşib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, ölkənin ən güclü idmançıları avqustun 10-12-də bir araya gələcək.

 

Yarışda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək. Komanda hesabında mübarizədə isə 2008-2010 və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandaları, o cümlədən 2008-2010, 2006-2007 və 2003-2005 yaş kateqoriyalarına aid fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq.

 

Çempionatda Bakı Gimnastika və Respublika Kompleks İdman məktəbləri, “Ocaq Sport”, “AyUlduz”, "Zirvə" klubları, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, həmçinin Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 73 gimnast çıxış edəcək.

 

Milli Gimnastika Arenasında olacaq yarışa biletin qiyməti isə 5 manatdı.