20:35 28-07-2018
news_image
4971
DÖYÜŞ NÖVLƏRİ

Rüstəm Orucov Zaqrebdə 3-cü oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışı keçirilir. Apasport.az-ın Azərbaycan Cüdo Federasiyasının saytına istinadən məlumatına görə, beynəlxalq turnirin ikinci günündə millimiz aktivinə bir medal yazdırıb.

 

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

 

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.