00:06 30-07-2018
news_image
1018
FUTBOL

“Yuventus” və “Milan”ın müdhiş planı: 5 oyunçu...

İtaliya nəhəngləri böyük oyunçu dəyişikliklərinə hazırlaşırlar. Apasport.az saytının məlumatına görə, “Yuventus” və “Milan”ın birdən-birə 5 futbolçusu komandalarını dəyişəcəklər.

 

“La Gazette dello Sport” iddia edir ki, uzun illər Turin klubunda oynadıqdan sonra “Milan”a keçən Leonardo Bonuççi yenidən keçmiş komandasına qayıdacaq. Əvəzində isə Kaldara əks marşrutla hərəkət edəcək.

 

İki komanda gənc hücumçuları Marko Pyatsa və Andre Silvanı da dəyişmək fikrindədi.

 

Üçüncü dəyişikliyin baş rolunda Qonzalo İquayn var. “Napoli”dən “Yuventus”a rekord məbləğə keçən argentinalı hücumçu bu dəfə “Milan”a keçidin astanasındadı. O, satın alma şərti ilə icarəyə veriləcək. İquayn transferinin bu gecə həll edilməsi gözlənilir.