10:03 01-08-2018
news_image
354
TOP OYUNLARI

Samit Nuruzadənin komandası uduza-uduza gedir

Makedoniyanın paytaxtı Skopyedə 18 yaşadək oğlan basketbolçular arasında Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi IV turda Avstriya yığması ilə üz-üzə gəlib.

 

İlk 3 görüşdə məğlubiyyətə üzülən komandamız bu dəfə qələbəyə həsrət qalıb. Samit Nuruzadənin yetirmələri 60:62 hesabı ilə uduzub.

 

Bu məğlubiyyətdən sonra aktivində 4 xal olan Azərbaycan B qrupunda yenə qrup sonuncusudu. İlk pillənin sahibi Estoniya 8, Belçika və Avstriya 7 xala malikdi. Macarıstan yığmamızı 2 xal qabaqladığı halda, Gürcüstan təmsilçimizlə eyni xala malikdi.

 

Qeyd edək ki, yığmamız qrup mərhələsinin sonuncu turunda gürcülərlə oynayacaq.