16:46 01-08-2018
news_image
433
TOP OYUNLARI

Serena Uilyamsdan tarixi məğlubiyyət

Serena Uilyams “Silicon Valley Classic” tennis turniri ilə ilk turdaca vidalaşıb. Apasport.az saytının məlumatına görə, amerikalı raketka ustası Yohanna Kontaya 0:2 (1:6, 0:6) hesabı ilə uduzub.

 

Rəqibi qarşısında ilk qeymi qazandıqdan sonra ard-arda 12 oyun uduzan Serena karyerasının ən ağır məğlubiyyəti ilə üzləşib. O, professional tennis karyerasına başladığı 1995-ci ildən bəri ilk dəfə bir oyunda iki qeym qazana bilməyib.

 

Qeyd edək ki, hamiləlik səbəbindən bir il kortlardan uzaq düşən Serena Uilyams fasilənin ardından bu mövsüm “Fransa Açıq”da dördüncü tura qədər irəliləmiş, “Uimbldon”da isə final oynamışdı.