22:27 06-09-2019
news_image
125
FUTBOL

Azərbaycan Slovakiyaya qalib gəldi

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, milli komanda AVRO-2021-in seçmə mərhələsində ilk ev matçına çıxıb.

Yığma “Dalğa Arena”da Slovakiyanı qəbul edib. Tsiklə Lixtenşteyndəki 0:1 hesablı məğlubiyyətlə başlayan komandamız ilk qələbəsini doğma azarkeşləri önündə qazanıb.

Milan Obradoviçin yetirmələri Barış Ekincierin dublu sayəsində üç xal əldə edib.  Milliləşən legioner öncə 7-ci dəqiqədə slovakiyalıları məyus edib. Final fitinə 8 dəqiqə qalmış bərabərlik qolunu buraxan futbolçularımız uzatma dəqiqələrində azarkeşlərini sevindiriblər. Bu dəfə də B.Ekincier fərqlənib – 2:1. Beləliklə, yığma tsikldə ilk qələbəsini əldə edib. Bu, həm də M.Obradoviçin millimizdə ilk rəsmi qələbəsi olub.

Qeyd edək ki, yığmamız sentyabrın 10-da Gürcüstanla görüşəcək. Oyun “Dalğa Arena”da baş tutacaq.

AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
6 sentyabr
20:30. Azərbaycan – Slovakiya – 2:1
Qollar:
Barış Ekincier, 7, 90+3 – Lübomir Tupta, 82
Baş hakim: Deyan Yakimovski (Şimali Makedoniya)
Bakı. “Dalğa Arena” stadionu

1

Gürcüstan

1

1

0

0

4-0

3

2

Lixtenşteyn

2

1

0

1

1-4

3

3

Azərbaycan

2

1

0

1

2-2

3

4

Fransa

0

0

0

0

0-0

0

5

İsveçrə

0

0

0

0

0-0

0

6

Slovakiya

1

0

0

1

1-2

0