01:08 08-09-2019
news_image
78
DİGƏR NÖVLƏR

Azərbaycan gimnastı Dünya Kubokunun qalibi olub

Macarıstandan Sombatxey şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunun final mərhələsi keçirilib.


Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, 25 ölkənin iştirakı ilə təşkil olunan yarışda Azərbaycan idmançısı da mübarizə aparıb. 

Turnirdəki yeganə təmsilçimiz Marina Nekrasova dayaqlı tullanma proqramında bütün rəqiblərini üstələyərək, qızıl medala sahiblənib. Gimnast bu uğura 14.183 xal toplamaqla nail olub.