13:13 09-09-2019
news_image
144
TOP OYUNLARI

Milli baş məşqçisiz qaldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi baş məşqçisi qalıb. 

APA-nın məlumatına görə, italiyalı çalışdırıcı Covanni Kaprara yığmadan ayrılıb. 

Buna 57 yaşlı mütəxəssisin müqaviləsinin bitməsi səbəb olub. Azərbaycan Voleybol Federasiyasının qısa müddətə müqavivilə bağladığı C. Kaprara yenidən İtaliyanın “İl Bisonte” klubuna qayıdıb. 

May ayında millinin “sükanı arxası”na keçən mütəxəssis 3 rəsmi turnirdə komandamıza rəhbərlik edib. Avropa Liqasında 6 məğlubiyyət alan əcnəbi məşqçi Olimpiya Lisenziyalı Turnirdə 3 oyunda cəmi 1 qələbə sevinci yaşayıb. Onun son sınağı isə Avropa çempionatına təsadüf edib. C. Kapraranın rəhbərlik etdiyi yığma qrupda 5 oyundan 4-də qələbə qazanıb, 1-də uduzaraq 1/8 finala yüksəlib. Voleybolçularımız üçün keçilməz olan bu matç apenninli üçün də son görüş xarakteri daşıyıb. 

Beləliklə, Azərbaycan yığması ilə C. Kapraranın rəhbərliyi altında keçirdiyi 15 matçda 5 qələbə qazanıb.