09:40 10-09-2019
news_image

Boksçumuz Avropa çempionatında bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. 

APA-nın məlumatına görə, bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb. 

81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. 

Nəticədə M. Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub. 

Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.