11:15 10-09-2019
news_image

Taekvondoçularımız Yaponiyada Qran-pridə mübarizə aparacaqlar

Sentyabrın 13-də Yaponiyanın Çiba şəhərində taekvondo üzrə Qran-pri turniri start götürəcək. 

APA-nın məlumatına görə, 3 gün davam edəcək G4 kateqoriyalı yarışa Azərbaycan millisi də qatılacaq. 

Məşqçilər korpusu turnirdə Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Cavad Ağayev (hər ikisi 68 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov, Radik İsayev (hər ikisi +80 kq), Fəridə Əzizova (67 kq) və Patimat Abakarovaya (49 kq) şans verəcək.

Artıq Yaponiyaya yollanan komandamız sentyabrın 17-də Vətənə dönəcək. Turnirin qalibi aktivinə 40 reytinq xal yazdıracaq.

Qeyd edək ki, növbəti Qran-pri oktyabrın 18-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Yarışın final mərhələsi isə dekabrın 6-7-də Moskvada təşkil olunacaq.