12:58 12-09-2019
news_image
80
DİGƏR NÖVLƏR

Dünya çempionatında ikinci medal

Azərbaycan paraüzgüçüsü Roman Saleh Londonda keçirilən dünya çempionatında ikinci medalını qazanıb.

APA-nın məlumatına görə, o, 50 m məsafəyə sərbəst üsulla üzmədə uğur qazanıb. 

Finiş xəttinə 24,32 saniyəyə çatan R. Saleh bürünc medala layiq görülüb. 

Qeyd edək ki, paraüzgüçü daha öncə arxasıüstə üzmədə ikinci yeri tutaraq, Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.