17:21 17-09-2019
news_image
137
DİGƏR NÖVLƏR

Bin Dven Dven və Şuey Ron Ron - Pekin-2022

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarının talismanı təqdim olunub.

APA-nın məlumatına görə, yarışın rəmzi kimi superbacarıqlara malik buz pandası olacaq.

Yarışın Təşkilat Komitəsinin təqdimetmə mərasimində maskotun adı da açıqlanıb. Buzdan olan kostyum geyinmiş panda Bin Dven Dven adını daşıyır.

Qış Paralimpiya Oyunlarının talismanı isə Şuey Ron Ron olacaq. Bu, Çin fənərlərindən düzəldilmiş balaca oğlandır.