16:24 14-09-2019
news_image

DÇ-2019: Daha 3 güləşçimizin rəqibi dəqiqləşdi

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67, 87 və 97 kq-da mübarizə baş tutacaq. 

Bu gün həmin çəkilərin püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

67 kq
Təsnifat. Rəsul Çunayev - Mate Kraşnay (Macarıstan)

87 kq
1/16 final. İslam Abbasov - Qurami Xetsuriani (Gürcüstan)

97 kq
1/16 final. Orxan Nuriyev - Yerulan İskakov (Qazaxıstan)