15:27 16-09-2019
news_image

Mariya Stadnikin dünya çempionatında ilk rəqibi bəlli oldu

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, sabah qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start veriləcək. 

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və Mariya Stadniklə (50 kq) Türkan Nəsirovanın (53 kq) ilk rəqibi müəyyənləşib.

50 kq
Təsnifat. Mariya Stadnik - Miessiney Mersi Genesis (Nigeriya)

53 kq
Təsnifat. Türkan Nəsirova - Nina Hemmer (Almaniya)